...

Azərbaycanda iki nəfəri qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 14 May 2010 17:00 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Sumqayıt şəhər sakini Ağamoğlan İbrahimov ömürlük azadlıqdan məhrum edilib.
Azərbaycanda iki nəfəri qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda iki nəfəri xüsusi amansızlıqla qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Sumqayıt şəhər sakini Ağamoğlan İbrahimov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, İbrahimov pul borcu ilə əlaqədar aralarında yaranan münaqişə zəminində Sumqayıt şəhəri 45-ci məhəllədəki dərzi sexində həmyerliləri İlham Məmmədova və onun qardaşı Hamlet Məmmədova bıçaqla xəsarət yetirib. İlham Məmmədov hadisə yerində, Hamlet isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4) və iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddələri ilə ittiham edilib.

Xəbər lenti

Xəbər lenti