...

Azərbaycanda əvvəllər hakim və vəkil işləmiş şəxslər vəkilliyə imtahansız qəbul ediləcəklər

Cəmiyyət Materials 19 May 2010 15:19 (UTC +04:00)
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov çərşənbə günü Trend-ə bildirib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilən sonuncu əlavə və dəyişikliklər əvvəllər hakim və ya vəkil işləmiş şəxslərə belə bir imkan yaradıb.
Azərbaycanda əvvəllər hakim və vəkil işləmiş şəxslər vəkilliyə imtahansız qəbul ediləcəklər

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda əvvəllər hakim və vəkil işləmiş şəxslər vəkilliyə imtahansız qəbul ediləcəklər.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov çərşənbə günü Trend-ə bildirib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilən sonuncu əlavə və dəyişikliklər əvvəllər hakim və ya vəkil işləmiş şəxslərə belə bir imkan yaradıb.

Qanuna əlavə və dəyişikliklərdə qeyd olunur ki, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.
Nəcəfov bildirib ki, əlavə və dəyişikliklərə qədər hakim və ya vəkil işləmiş şəxslət test imtahanı verməklə yanaşı, icbari təlim alandan sonra vəkillik fəaliyyətinə başlayırdılar.

Sədr müavini il ərzində vəkilliyə qəbul məqsədilə müsabiqə keçiriləcəyini bildirib. Hələlik müsabiqənin nə zaman keçiriləcəyi məlum deyil.

Trend -un arayışı: Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Almaniyalı ekspert Tomas Herman daha öncə mətbuata açıqlamalarının birində bildirib ki, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Almaniyalı ekspertin qənaətincə, ədalətli və obyektiv məhkəmə qərarının qəbul edilməsində peşəkar vəkillərin rolu var.
Hazırda Azərbaycanda 720-yə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti