...

Azərbaycanda yaxın günlərdə havanın hərarəti 32 dərəcəyə qədər yüksələcək

Cəmiyyət Materials 25 May 2010 16:07 (UTC +04:00)
Azərbaycan ərazisində yaxın günlərdə havanın hərarəti gündüz 32 dərəcəyə qədər yüksələcək.
Azərbaycanda yaxın günlərdə havanın hərarəti 32 dərəcəyə qədər yüksələcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan ərazisində yaxın günlərdə havanın hərarəti gündüz 32 dərəcəyə qədər yüksələcək. Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində buludlu hava gözlənilir. Yalnız çərşənbə axşamı gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağışların yağması mümkündür. Küləyin gücü təxminən 9-14 m/san təşkil edəcək.

Azərbaycan rayonlarında temperaturun gündüzlər müsbət 27-32 dərəcə, gecələr isə müsbət 15-20 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti