...

Azərbaycanda qanunsuz yolla ali məktəbə tələbə qəbulu etməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 31 May 2010 17:01 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini Rəşid Mehdiyevin cinayəti işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Mehdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda qanunsuz yolla ali məktəbə tələbə qəbulu etməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini Rəşid Mehdiyevin cinayəti işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Mehdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Mehdiyev 2008-ci ildə Bakı şəhər sakini Bəhruz Məhərrəmovun Bakı Dövlət Universitetində təhsil alan qızını Azərbaycan Dövlət Tibb Universitetinə köçürməyi vəd edərək ondan 60 min manat pul alıb. Lakin Mehdiyev vədinə əməl etməyərək, həmin şəxsin pulunu mənimsəyib.

Mehdiyev, eyni zamanda, Bakı şəhər sakinləri Elman Musayev və Rza Məmmədovun övladlarını Moskva Dövlət Açıq Universitetinin Bakı filialına düzəltmək adı ilə ümumilikdə 17 min manat pul alaraq dələduzluq edib.

Mehdiyev Cinayət Məcəlləsinin dələduzluq külli miqdarda törədildikdə (178.3.2) maddəsi ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti