...

Azərbaycanda qadınların rolunun gücləndirilməsi üçün onlar hakimiyyətidə təmsil olunmalıdır - millət vəkili (FOTO)

Cəmiyyət Materials 3 İyun 2010 11:52 (UTC +04:00)
Trend-in məlumatına görə, millət vəkili Gültəkin Hacıbəyli cümə axşamı ATƏT-in Bakı ofisi ilə birgə təşkil edilən "Qadınlar yerli idarəetmədə" adlı konfransdakı çıxışında bu barədə bildirib.
Azərbaycanda qadınların rolunun gücləndirilməsi üçün onlar hakimiyyətidə təmsil olunmalıdır - millət vəkili (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanlı millət vəkili hesab edir ki, qadınların rolunun gücləndirilməsi üçün, onların hakimiyyətin bütün qanadlarında iştirakı təmin olunmalıdır.

Trend-in məlumatına görə, millət vəkili Gültəkin Hacıbəyli cümə axşamı ATƏT-in Bakı ofisi ilə birgə təşkil edilən "Qadınlar yerli idarəetmədə" adlı konfransdakı çıxışında bu barədə bildirib.

Hacıbəyli deyib ki, qadınların qanunvericilik, icra hakimiyyəti və yerli özünüidarəetmədə iştirakı onları müdafiə etməyin ən düzgün yoludur.

"Bu gün bu problemə artıq obyektiv yanaşma var. Azərbaycanda qadınlar layiq olduqları səviyyədə özlərini təsdiq etməyiblərsə, bunu etiraf etmək lazımdır", - millət vəkili vurğulayıb.

Hacıbəyli Avropa Şurasına üzv dövlətlərdən 42-də bu problemin aktual olduğunu bildirib.

O, bələdiyyələrdə qadınların iştirakının təmin olunması sahəsində əldə edilən uğurların Parlament seçkilərində də qazanılacağına ümidvarlığını deyib.

Qadınların siyasi həyatda iştirakının vacibliyinə həsr olunmuş konfransda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel bildirib ki, yerli özünüidarəetmədə qadınların iştirakının 6 dəfə artması, Azərbaycanın siyasi həyatında qadınlar üçün yeni eranın başlanğıcıdır.

O, qadınların Parlament seçkilərində də aktiv olacağına ümid etdiyini bildirib.

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda 2000-ci ildə qadın siyasətinin həyata keçirilməsi ilə bağlı fərmanın verilməsi ilə qadınların dövlət strukturlarında təmsilçiliyinə, qadınların irəli çəkilməsinə geniş imkanlar açıb.

Ötən ilin dekabrında Azərbaycanda bələdiyyələrə keçirilən seçkilərdə yerlərin 26 faizinə qadınlar seçilib. 2005-ci ildə bələdiyyə seçkiləri zamanı qadınlar 4 faiz təşkil edib.

Konfrans "Lider Qadınlar" İctimai Birliyi və "Demokratik İnkişaf İnstitutu" ilə birgə təşkil olunub. Konfransda qadınların siyasi qərarların verilməsi prosesinə cəlb olunmasının yollarına dair müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti