...

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası abituriyentlərə yardım üçün əyani vəsait nəşr etdirib

Cəmiyyət Materials 4 İyun 2010 13:56 (UTC +04:00)
"Abituriyentin bələdçisi" kitabının yenilənmiş, təkmilləşdirilmiş nəşri işıq üzü görüb. Bu barədə Trend-ə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat veriblər.
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası abituriyentlərə yardım üçün əyani vəsait nəşr etdirib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir T.Hacıyev/

"Abituriyentin bələdçisi" kitabının yenilənmiş, təkmilləşdirilmiş nəşri işıq üzü görüb. Bu barədə Trend-ə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat veriblər.

"Jurnalda tələbə qəbulu prosesinin bütün tərəfləri və mərhələləri sistemli şəkildə əks olunub", - məlumatda qeyd olunub.

Nəşrdə ötən il keçirilmiş qəbul imtahanlarında müəyyənləşmiş keçid balları, qəbul proqramları, test kitabları, elektron dərs vəsaitləri, çətin testlərin izahı və tövsiyələr, model testlər, açıq testlər, xüsusi qabiliyyət tələb edən ixtisaslara dair vəsaitlər haqqında məlumat verilib.

Jurnalın bölmələrində abituriyentlərin imtahan gününə hazırlığına dair tövsiyələr, psixoloq məsləhətləri verilib.

Son bölmədə qabiliyyət imtahanlarının keçirilmə qaydaları, abituriyentlərin imtahan balları və ixtisas seçimi əsasında müsabiqə və yerləşdirmənin aparılması prosesi işıqlandırılır. Apelyasiya aparılması qaydaları, ali təhsil müəssisələrində əlavə yerləşdirmə, tam orta təhsil müəssisələrinin boş qalan yerlərinə əlavə yerləşdirmə və tələbə qəbulu ilə bağlı abituriyentlər, valideynlər və ictimaiyyət tərəfindən TQDK-yə ən çox ünvanlanan suallar və onlara mütəxəssislərin cavabları təqdim olunur.

Xəbər lenti

Xəbər lenti