...

Azərbaycanda oğurluqda ittiham olunan Gürcüstan vətəndaşına hökm oxunub

Cəmiyyət Materials 4 İyun 2010 17:58 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Georgi Gelaşvili 3 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda oğurluqda ittiham olunan Gürcüstan vətəndaşına hökm oxunub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H.Bağırov/

Azərbaycanda oğurluqda ittiham olunan Gürcüstan vətəndaşına hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Georgi Gelaşvili 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xətai rayon Polis İdarəsi əməkdaşları paytaxtda oğurluqla məşğul olan Gürcüstan vətəndaşı Georgi Gelaşvilini ötən il həbs edib.

Gelaşvili ilə əlaqədar aparılan əməliyyat tədbirləri nəticəsində onun 10-dan çox mənzildən oğurluq etdiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti