...

Aliyə Qarayeva bədii gimnastika üzrə Azərbaycan çempionu titulunu qoruyub (FOTO)

Cəmiyyət Materials 5 İyun 2010 19:09 (UTC +04:00)

Şənbə günü Bakının Olimpiya İdman Kompleksində bədii gimnastikə üzrə 17-ci Azərbaycan çempionatı başa çatıb.

Yarışı top və lentlə çıxış edən xanımlar bitiriblər. Hər iki növ üzrə Aliyə Qarayeva qalib gəlib.
Top ilə çıxışlarda ikinci yerə Samirə Mustafayeva, üçüncü yerə isə Anna Qurbanova layiq görülüblər. Lentlə yarışlarda isə tam əksinə - Qurbanova ikinci, Mustafayeva isə üçüncü oldu.

Dörd növ çıxışların nəticəsinə görə Qarayeva qalib gələrək növbəti dəfə Azərbaycanın ən güclü gimnast titulunu qazandı. Gümüş medala Qurbanova, bürüncə isə Mustafayeva sahib çıxıb.

Cümə günü iplə yarışlarda Anna Qurbanova qalib, Aliyə Qarayeva 2-ci, Samirə Mustafayeva isə 3 yeri tutublar. Qurşaq ilə ən yaxşı nəticəni Qarayeva göstərib, gümüş Qurbanova, bürünc isə Dina Qorinaya çatıb.

Gənclər arasında bədii gimnastika üzrə Azərbaycan çempionatında birinci yeri Lalə Yusifova tutub. Müxtəlif növlər üzrə yarışda o bütün rəqiblərini arxada qoyub. İkinci Ayşə Mustafayeva, üçüncü isə Yekaterina Prokopenko olub.

Bu sıralama topla ilə çıxışların nəticəsində də öz əksini tapıb. Gürz ilə çıxışlarda isə Ayşə Mustafayeva qalib, Jalə Qaratova ikinci, Lalə Yusifova üçüncü olublar.

Bir gün öncə iplə çıxışların nəticəsinə görə Ayşə Mustafayeva Azərbaycan çempionu adını qazanıb. İkinci yeri Lalə Yusifova tutub, bürünc medal isə Mənsurə Bağırovaya çatıb. Qurşaq ilə yarışda Lalə Yusifovaya rəqib olmayıb. Gümüş Ayşə Mustafayeva, bürünc medal isə Yekaterina Prokopenkoya çatıb.

Xəbər lenti

Xəbər lenti