...

Azərbaycan Ədliyyə Nazirliyi hüquqi məsləhət mərkəzlərinin yaradılması üçün müsabiqə elan edib

Cəmiyyət Materials 11 İyun 2010 14:40 (UTC +04:00)
Ədliyyə Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, müsabiqədə iştirak edəcək şirkətlər Bakı və Quba şəhərlərində gənclərə, qadınlara, azyaşlılara, milli azlıq nümayəndələrinə, əlillərə, yerli sahibkarlara, jurnalistlərə, QHT-lərə, aztəminatlı ailələrə və digər ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərmək, qeyd edilən qruplar üçün müxtəlif təlimlər keçirmək, əhalinin hüquqi maarifləndirilməsi üçün vəsaitlər hazırlamaq və Azərbaycanda hüquqi məsləhət mərkəzlərinin yaradılmasına dair əvvəlki təcrübəni öyrənmək və cari mərkəzlərlə əməkdaşlıq etmək xidmətlərini həyata keçirməlidirlər.
Azərbaycan Ədliyyə Nazirliyi hüquqi məsləhət mərkəzlərinin yaradılması üçün müsabiqə elan edib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, müsabiqədə iştirak edəcək şirkətlər Bakı və Quba şəhərlərində gənclərə, qadınlara, azyaşlılara, milli azlıq nümayəndələrinə, əlillərə, yerli sahibkarlara, jurnalistlərə, QHT-lərə, aztəminatlı ailələrə və digər ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərmək, qeyd edilən qruplar üçün müxtəlif təlimlər keçirmək, əhalinin hüquqi maarifləndirilməsi üçün vəsaitlər hazırlamaq və Azərbaycanda hüquqi məsləhət mərkəzlərinin yaradılmasına dair əvvəlki təcrübəni öyrənmək və cari mərkəzlərlə əməkdaşlıq etmək xidmətlərini həyata keçirməlidirlər.

Azərbaycan Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar kredit alıb.

Həmin kredit vəsaitlərinin bir hissəsinin Bakı və Quba şəhərlərində hüquqi məsləhət mərkəzlərinin yaradılması üçün istifadəsi nəzərdə tutulur.

Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirakla imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatları təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti