...

Azərbaycanda məhkumların əl işlərinin sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 12 İyun 2010 15:13 (UTC +04:00)
Azərbaycanda 15 saylı cəzaçəkmə müəssisəsində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş məhkumların əl işlərinin sərgisi keçirilib. Trend-in məlumatına görə, sərgidə məhkumların taxta və parça məmulatlarından düzəltdiyi yüzlərlə eksponat, rəsm əsərlər, müxtəlif məişət və geyim əşyaları nümayiş olunub. Sərgiyə gələn qonaqlara nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib. Onlar həmin əsərlərin müəllifləri ilə tanış olublar.
Azərbaycanda məhkumların əl işlərinin sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 15 saylı cəzaçəkmə müəssisəsində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş məhkumların əl işlərinin sərgisi keçirilib.

Trend-in məlumatına görə, sərgidə məhkumların taxta və parça məmulatlarından düzəltdiyi yüzlərlə eksponat, rəsm əsərlər, müxtəlif məişət və geyim əşyaları nümayiş olunub. Sərgiyə gələn qonaqlara nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib. Onlar həmin əsərlərin müəllifləri ilə tanış olublar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Əlixanov tədbirdəki çıxışında Heydər Əliyevin hakimiyyətə möhtəşəm qayıdışı ilə bağlı və həmin dövrdə respublikadakı vəziyyətlə bağlı danışıb.

O bildirib ki, Prezident İlham Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, bu gün cəzaçəkmə müəssisələrində məhkumların məişət şəraiti yaxşılaşdırılır, onlar müxtəlif sahələrdə təhsil alırlar.

"Cəzaçəkmə müəssisələrində məhkumlar üşün ingilis dili, kompüter proqramları tədris olunur. Həmin kursları keçən məhkumlara beynəlxalq səviyyədə tanınan sertifikatlar verilir", - Əlixanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti