...

Azərbaycanlı tələbələr Qırğızıstandan evakuasiya olunacaq - Azərbaycan XİN-i (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 16 İyun 2010 22:40 (UTC +04:00)
Qırğızıstanın Cəlalabad rayonundan Bişkekə evakuasiya olunmuş 13 azərbaycanlı tələbələrin üçü Azərbaycan vətəndaşlarıdır, qalanlar isə Gürcüstanın vətəndaşlarıdır. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan XİN-nin rəmsi təmsilçisi Elxan Poluxov bildirib.
Azərbaycanlı tələbələr Qırğızıstandan evakuasiya olunacaq - Azərbaycan XİN-i (ƏLAVƏ OLUNUB-2)

RED. əlav.: yeni təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Qırğızıstanın Cəlalabad rayonundan Bişkekə evakuasiya olunmuş 13 azərbaycanlı tələbələrin üçü Azərbaycan vətəndaşlarıdır, qalanlar isə Gürcüstanın vətəndaşlarıdır. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan XİN-nin rəmsi təmsilçisi Elxan Poluxov bildirib.

Onun sözlərinə görə tələbələr Bakı şəhər sakini Quliyev Kənan Cavid oğlu, Tovuz rayon sakini Həsənov Mehdixan Əli oğlu və Quba rayon sakini Kərimov Zeynəddin Nurəli oğludur. Tələbələr hal-hazırda Azərbaycanın Bişkekdəki səfirliyindədirlər və gələcəkdə Azərbaycana göndəriləcəklər.

İyunun 11-nə keçən gecə Qırğızıstanın cənub paytaxtı Oş şəhərində qırğızlarla özbəklər arasında qarşıdurma baş verib və daha sonra qonşu Cəlalabad vilayətində davam edib. Qarşıdurma iştirakçıları münaqişənin qızışmasında və zorakılığın tətbiq edilməsində bir-birilərini günahlandırırlar.

Qırğızıstan Təhsil Nazirliyinin mətbuat mərkəzindən verilən məlumata görə, iyunun 16-na olan nəticələrə əsasən, həlak olanların sayı 187-yə çatıb.

Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində 600-ə yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti