...

Azərbaycanın təbii fəlakət zonasında məcburi köçkünlərə dəyən ziyan müəyyənləşdirilib - Baş nazirin müavini

Cəmiyyət Materials 18 İyun 2010 12:33 (UTC +04:00)
Azərbaycanın təbii fəlakət zonasında məcburi köçkünlərə dəyən ziyan müəyyənləşdirilərək sənədləşdirilib, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Azərbaycanın təbii fəlakət zonasında məcburi köçkünlərə dəyən ziyan müəyyənləşdirilib - Baş nazirin müavini

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın təbii fəlakət zonasında məcburi köçkünlərə dəyən ziyan müəyyənləşdirilərək sənədləşdirilib, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

"Məcburi köçkünlərin evlərinə dəyən ziyan müəyyənləşdirilib. Dəyən ziyan sənədləşdirilib, aktlaşdırılıb və Dövlət Komissiyasına təqdim olunub. Hökumət bununla bağlı müvafiq tədbirlər görəcək", - Həsənov deyib.

Baş nazirin müavini deyib ki, təbii fəlakət nəticəsində Neft Fondu hesabına tikilən qəsəbələrə ziyan dəyməyib.

"Ən təhlükəli yer Füzuli rayonunun Zovcu qəsəbəsi idi. Orada sel o biri ərazidən daha çox idi. Biz vaxtında ərazidə suötürücüləri quraşdırdıq", - Həsənov bildirib.

Baş nazirin müavini bildirib ki, təbii fəlakət zamanı məcburi köçkünlərə məxsus 2300-ə yaxın ev su altında qalıb. Bura məcburi köçkünlərin özləri tərəfindən tikilən və Saatlının Nərimanov kəndi ərazisində Türkiyənin humanitar təşkilatı tərəfindən inşa edilən 100 ev daxildir.

Həsənov deyib ki, həmin evlərin sakinləri təhlükəsiz ərazilərə köçürülüb.

Həmçinin, məcburi köçkünlərə məxsus 400 ev fəlakət zamanı uçub; Arazın məcrasını dəyişməsi ilə əlaqədar 80-90 min xirdabuynuzlu, 13 min iribuynuzlu mal-qara Muğandan çıxarılıb.

Hökumət rəsmisi deyib ki, evlərinə ziyan dəyən məcburi köçkünlər evlə təmin olunacaqlar.

Xəbər lenti

Xəbər lenti