...

Azərbaycanda üçüncü ölkədən olan qaçqınların böyük əksəriyyəti çeçenlər, İraq, Əfqanıstan və Fələstindən olanlardır - Baş nazirin müavini

Cəmiyyət Materials 18 İyun 2010 13:04 (UTC +04:00)
Azərbaycanda üçüncü ölkədən olan qaçqınların böyük əksəriyyəti çeçenlər, İraq, Əfqanıstan və Fələstindən olanlardır, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Azərbaycanda üçüncü ölkədən olan qaçqınların böyük əksəriyyəti çeçenlər, İraq, Əfqanıstan və Fələstindən olanlardır - Baş nazirin müavini

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda üçüncü ölkədən olan qaçqınların böyük əksəriyyəti çeçenlər, İraq, Əfqanıstan və Fələstindən olanlardır, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

"Azərbaycanda 10 il əvvəl üçüncü ölkədən 10 minə qədər qaçqın gəlmişdir. İndi onların sayı 2600-dür", - Həsənov əlavə edib.

Baş nazirin müavini deyib ki, çeçenlərin bir hissəsi Türkiyə və digər Avropa ölkələrinə köçüb.

"Qalanlarına isə Azərbaycan hökuməti tərəfindən beynəlxalq humanitar təşkilatların yardım göstərməsi tövsiyə olunub", - Həsənov qeyd edib.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, çeçenlərlə bağlı yeganə problem onların şəxsiyyətlərinin müəyyənləşdirilə bilinməməsidir.

"Onların heç biri Azərbaycana dövlət sərhəd-keçid məntəqəsindən keçməyib. Hamısı qeyri-leqal yolla gəlib. Ona görə də biz dəfələrlə Rusiyaya onların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişik", - Baş nazirin müavini bildirib.

Xəbər lenti

Xəbər lenti