...

Tacik idmançıları Azərbaycan ərazisində velosiped yarışları aparırlar

Cəmiyyət Materials 1 İyul 2010 14:16 (UTC +04:00)
"İdman - dünyanın səfiri" olimpiya təşəbbüsləri çərçivəsində Tacikistan Respublikasının iki vətəndaşı - Xuşvaxtov Əlişir Asanoviç və Əzizov Seydəli Mirzənəzəroviç dünyanın bir neçə ölkəsinin ərazisində velosiped yarışları aparırlar. Onların yolu Tacikistan - Qırğızıstan - Qazaxıstan - Rusiya - Azərbaycan - İran - Türkmənistan - Özbəkistan - Tacikistan marşrutları üzrə keçir. Velosiped yarışının əsas məqsədi sağlam həyat tərzinin təbliğatıdır.
Tacik idmançıları Azərbaycan ərazisində velosiped yarışları aparırlar

Аzərbaycan, Bakı, 1 iyul /Trend, müxbir S.Ağayeva/

"İdman - dünyanın səfiri" olimpiya təşəbbüsləri çərçivəsində Tacikistan Respublikasının iki vətəndaşı - Xuşvaxtov Əlişir Asanoviç və Əzizov Seydəli Mirzənəzəroviç dünyanın bir neçə ölkəsinin ərazisində velosiped yarışları aparırlar. Onların yolu Tacikistan - Qırğızıstan - Qazaxıstan - Rusiya - Azərbaycan - İran - Türkmənistan - Özbəkistan - Tacikistan marşrutları üzrə keçir. Velosiped yarışının əsas məqsədi sağlam həyat tərzinin təbliğatıdır.

"Dünən tacik velosipedçiləri Azərbaycan sərhədini keçiblər və iki gün ərzində İranın sərhədlərini keçmək niyyətindədirlər", - bu barədə Trend-ə Tacikistanın Azərbaycandakı Səfirliyindən məlumat veriblər. Mərkəzi Asiya ölkələrindəki bu təşəbbüs ilk dəfə olaraq həyata keçirilir.

Tacikistanın Azərbaycandakı Səfirliyi səlahiyyətli orqanlardan idmançılara yardım göstərməyi rica edir.

Xəbər lenti

Xəbər lenti