...

Qəbul imtahanının nəticələri araşdırılarkən, abituriyentlərin köçürmə halları aşkarlanarsa, nəticələri ləğv olunacaq - TQDK sədri

Cəmiyyət Materials 2 İyul 2010 11:50 (UTC +04:00)
Qəbul imtahanının nəticələri araşdırılarkən xüsusi proqramlar vasitəsilə abituriyentlərin bir-birindən köçürmə halları yoxlanılır və belə hal baş verərsə, imtahanın nəticələri ləğv olunacaq. Bu barədə cümə günü jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə bildirib.
Qəbul imtahanının nəticələri araşdırılarkən, abituriyentlərin köçürmə halları aşkarlanarsa, nəticələri ləğv olunacaq - TQDK sədri

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir T. Hacıyev/

Qəbul imtahanının nəticələri araşdırılarkən xüsusi proqramlar vasitəsilə abituriyentlərin bir-birindən köçürmə halları yoxlanılır və belə hal baş verərsə, imtahanın nəticələri ləğv olunacaq. Bu barədə cümə günü jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə bildirib.

"Bu cür hallar ötən illərdə də təkrarlanıb və həmin nəticələr ləğv olunub", - Abbaszadə bildirib.

Onun sözlərinə görə, builki imtahanların təşkili zamanı abituriyentlərin yaş səviyyəsi də nəzərə alınıb.

"Əvvəlki illərin məzunları nizam-intizama riayət etmirdilər. Builki məzunlara təzyiq göstərir və onların köməyindən istifadə etmək istəyirlər. Çünki adətən, cari ilin məzunları ötən illərin məzunlarına nisbətən daha hazırlıqlı olurlar. Ona görə də uşaqların yerləşdirilməsində belə şeyləri nəzərə almışıq", - Abbaszadə əlavə edib.

TQDK sədri abituriyentlərin imtahan qaydalarını bilməməsindən də narahat olduğunu deyib: "Abituriyentlər imtahana gələrkən qaydaları bilməlidirlər. Onlar çox vaxt imtahana gələrkən sənədləri evdə qoyurlar. Belə hal olacağı təqdirdə, həmin abituriyentlər imtahana buraxılmayacaqlar", - Abbaszadə bldirib.

Xəbər lenti

Xəbər lenti