...

Ermənistan-Azərbaycan müharibəsi zamanı qaçqın düşən insanların taleyi Berlində müzakirə olunub

Cəmiyyət Materials 8 İyul 2010 18:24 (UTC +04:00)
Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üzrə Cəmiyyət (GEFDAB) Berlində Ermənistan-Azərbaycan müharibəsi zamanı qaçqın düşənlərin taleyinə həsr olunmuş tədbir təşkil edib.
Ermənistan-Azərbaycan müharibəsi zamanı qaçqın düşən insanların taleyi Berlində müzakirə olunub

Аzərbaycan, Bakı, 8 iyul /Trend, müxbir М.Əliyev/

Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üzrə Cəmiyyət (GEFDAB) Berlində Ermənistan-Azərbaycan müharibəsi zamanı qaçqın düşənlərin taleyinə həsr olunmuş tədbir təşkil edib. Bu barədə cəmiyyətdən verilən məlumatda deyilir.

Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş, "Təqib və sürgün - bəşəriyyətə qarşı cinayət" mövzusunda keçirilən tədbirdə bütün qaçqınların taleyi müzakirə olunub.

"Dağlıq Qarabağ müharibəsi zamanı müşahidə olunun təqib və sürgünlər, kütləvi qətllər, insanlara verilən işgəncələr, əsəbi gərginlik və köməksizlik, Vətəni itirmək - bütün bunlar müharibənin ümumi fəsadlarıdır", - tədbirdə Almaniyanın sabiq dövlət katibi Eduard Lintner deyib.

Tədbirdə qeyd olunub ki, etnik mənsubiyyət və müharibənin zahiri səbəblərindən asılı olmayaraq, qaçqınlar və məcburi köçkünlərin öz vətənlərinə qayıtmaq hüquqları var və heç kimin buna mane olmağa haqqı yoxdur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti