Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir F.Hüseynli/
Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun baş məşqçisi Ağasəlim Mircavadov istefa verib.
Bu gün Avropa Liqası brinci təsnifat mərhələsinin cavab oyununda "Xəzər-Lənkəran"ın Moldovanın Olimpiya klubuna məğlubiyyətindən sonra təcrübəli məşqçi postundan ayrılıb.
İlk oyunda Kişinyovda "Olimpiya" ilə 0:0 oynayan "Xəzər-Lənkəran" öz meydanda 1:1 hesabı ilə kifayətlənib. Amma bu nəticə komandanın növbəti mərhələyə çıxması üçün kifayət etməyib.
Klubun rəhbərliyi baş məşqçinin istefasına hələ münasibət bildirməyib.