Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun görkəmli Azərbaycan hökmdarı, böyük fateh Nadir şah Avşarın həyat və fəaliyyətindən bəhs edən "Nadir şah" tarixi romanı Londonda ingilis dilində çap olunub.
Trend-in məlumatına görə, əsəri ingilis dilinə Sevil Gültən tərcümə edib. Əsərin ingilis versiyası iki kitabdan ibarət olacaq. Kitabın birinci hissəsi çap edilib və Amerika Birləşmiş Ştatlarının "Xlibris" nəşriyyatı tərəfindən Avstraliya, Yeni Zelandiya, Kanada və başqa ölkələrdə yayımlanacaq.
"Nadir şah" Yunus Oğuzun səkkizinci kitabıdır. Oğuzun kitabları fars, rus və türk dillərinə tərcümə edilib.