...

Xəzəryanı ölkələrdən qara kürünün ixracı üzrə kvotalar təsdiqlənib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 24 İyul 2010 15:19 (UTC +04:00)
Cümə günü Tükənməkdə olan flora və fauna növlərinin beynəlxalq ticarəti üzrə Konvensiyanın Katibliyi (CİTES) 2010-cu ildə Xəzəryanı dövlətlərin qara kürü və digər nərə balığı məhsullarının ixrac kvotasını açıqlayıb. Bu barədə BMT-nin rəsmi saytı məlumat verir.
Xəzəryanı ölkələrdən qara kürünün ixracı üzrə kvotalar təsdiqlənib (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Üçüncü abzasa əlavə edilib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Y.Ostapenko/

Cümə günü Tükənməkdə olan flora və fauna növlərinin beynəlxalq ticarəti üzrə Konvensiyanın Katibliyi (CİTES) 2010-cu ildə Xəzəryanı dövlətlərin qara kürü və digər nərə balığı məhsullarının ixrac kvotasını açıqlayıb. Bu barədə BMT-nin rəsmi saytı məlumat verir.

Kvotalar Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələrinin görüşündə razılaşdırılıb. CİTES-in kürü və nərə balığı əti üzrə yeni icazəsi 2010-cu il martın 1-dən 2011-ci il fevralın 28-dək qüvvədədir.

Son illər Xəzər dənizində nərə balığı ehtiyatlarının azaldığını etiraf edərək, Xəzəryanı dövlətlər bu balıq növünün ovlanması üzrə kvotanın azaldılması barədə razılığa gəliblər. Bu razılaşmaların kontekstində 2010-cu ildə kürü və nərə balığı ovunun ixracı üzrə ümumi kvota belə kvotaların son dəfə təsdiqləndiyi 2008-ci illə müqayisədə azaldılıb. Azərbaycanın Xəzərdə balıq ovu üzrə kvotası 2008-ci illə müqayisədə yeddi faiz azaldılaraq 6,7 faiz təşkil edib.

2009-cu ildə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan CİTES-in xaricə kürü satışı üzrə razılığını ala bilməmişdilər. Çünki onlar ixracın həcminə dair öz aralarında razılıq əldə etməmişdilər.

2001-ci ildə "Paris sazişi" adlanan razılaşmaya uyğun olaraq, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistandan kürü ticarəti dayandırılmışdı. Bu ölkələrə 2001-ci ilin sonunadək vaxt verilmişdi ki, onlar nərə balığı ehtiyatlarının elmi tədqiqatını aparsınlar, balıq ovunun tənzimlənməsinin və saxlanmasının birgə planını hazırlasınlar. Beşinci Xəzəryanı dövlətə - İrana münasibətdə kürü ticarətinin qadağan olunması barədə ölçülər qəbul olunmasa da, o da digər dövlətlərin səylərinə qoşulub.

SİTES-in, eləcə də 2010-cu il üçün müəyyən etdiyi kvotalar dövlətlərin özləri tərəfindən təqdim olunan məlumatlara, həmçinin, region dövlətlərinin nərə balıqlarının ovunun tənzimləndirilməsini möhkəmləndirmələri və brokenyerliklə mübarizə üzrə tədbirlər gördüklərini təsdiqləyən beynəlxalq ekspertlərin işlərinin nəticələrinə əsaslanır.

Xəbər lenti

Xəbər lenti