...

"Ekosfera" Sosial-Ekoloji Mərkəzi ölkədə ekoloji layihələrin reallaşdırılmasını davam etdirir

Cəmiyyət Materials 26 İyul 2010 11:58 (UTC +04:00)
"Ekosfera" Sosial-Ekoloji Mərkəzi "Təmiz şəhər" ASC-nin tərəfdaşlıği ilə "Bərk məişət tullantılarının toplanması və bölünməsi (İçərişəhərdə pilot layihə)" layihəsi çərçivəsində İçərişəhər sakinləri üçün məlumat-təbliğat kampaniyasını davam etdirir.
"Ekosfera" Sosial-Ekoloji Mərkəzi ölkədə ekoloji layihələrin reallaşdırılmasını davam etdirir

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

"Ekosfera" Sosial-Ekoloji Mərkəzi "Təmiz şəhər" ASC-nin tərəfdaşlıği ilə "Bərk məişət tullantılarının toplanması və bölünməsi (İçərişəhərdə pilot layihə)" layihəsi çərçivəsində İçərişəhər sakinləri üçün məlumat-təbliğat kampaniyasını davam etdirir. "Ekosfera"nın bu layihəsi "Statoil" və Avstriya hökuməti tərəfindən maliyyələşdirilən ATƏT-in "Təhlükəsizlik və ətraf mühit sahəsində vətəndaş təşəbbüsləri" milli qrantlar proqramı çərçivəsində təsdiqlənib. Bu barədə Trend-ə "Ekosfera"dan məlumat verilib.

İyulun 24-dən Zərifə Salahovanın Miniatür Kitablar Muzeyində uşaq məlumat-yaradıcılıq görüşlərinə başlanılıb. İçərişəhərin balaca sakinləri iki ay ərzində hər həftə - cümə günündən bazar gününədək "Ekosfera"nın mütəxəssisləri və layihənin könüllülərinin, eləcə də dəvət olunmuş usta və rəssamların köməyi ilə oyun formasında ətraf mühitin mühafizəsinin problemləri, tullantıların emalı və utilizasiyası, məişət tullantılarının ayrılması, təbii resursların qorunması ilə tanış olacaqlar.

Uşaqlarla məşğələlər zamanı müxtəlif müsabiqə aksiyaları da keçiriləcək və sonda proqramın ən yaxşı iştirakçıları öz evi və ya həyəti üçün "ekoloji yaşıl nişan" alacaqlar.

Xəbər lenti

Xəbər lenti