...

Bakıda medianın özünütənzimləməsi ilə bağlı geniş beynəlxalq konfrans keçiriləcək - Mətbuat Şurası

Cəmiyyət Materials 3 Avqust 2010 13:58 (UTC +04:00)
Bu il sentyabrın ilk ongünlüyündə Bakıda medianın özünütənzimləməsi ilə bağlı geniş beynəlxalq konfrans keçiriləcək.
Bakıda medianın özünütənzimləməsi ilə bağlı geniş beynəlxalq konfrans keçiriləcək - Mətbuat Şurası

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir M. Əliyev/

Bu il sentyabrın ilk ongünlüyündə Bakıda medianın özünütənzimləməsi ilə bağlı geniş beynəlxalq konfrans keçiriləcək. Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, bu barədə ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenterlə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun görüşündə qərara alınıb.

Konfransa hazırlıq üçün iki "dəyirmi masa"nın təşkili məqbul sayılıb. Onlardan birinin avqustun 12-də, digərinin isə həmin ayın sonunda düzənlənməsi razılığına gəlinib. Tədbirlərdə KİV təmsilçilərinin, dövlət qurumları nümayəndələrinin iştirakı ılə dəyərləndirmələrin aparılması nəzərdə tutulub.

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi bu ilin mart ayında diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək, paralel olaraq, KİV təmsilçilərinin peşə prinsiplərinə riayət etmələri sahəsindəki vəziyyəti yaxşılaşdırmaq üçün birgə layihəyə start verib. Layihənin başlıca hədəfi diffamasiya haqqında qanun layihəsini hazırlayaraq, onu ölkə Parlamentinə təqdim etməkdən, həmçinin, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarını təkmilləşdirərək, KİV nümayəndələrinin onu qəbul etmələrinə nail olmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti