...

Azərbaycanın ali məktəblərində 2 757 yer vakant qalır

Cəmiyyət Materials 5 Avqust 2010 15:54 (UTC +04:00)
Azərbaycanın ali məktəblərində 2 757 yer vakant qalır. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Azərbaycanın ali məktəblərində 2 757 yer vakant qalır

Аzərbaycan, Bakı, 5 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ali məktəblərində 2 757 yer vakant qalır. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Vakant yerlərin bölüşdürülməsi avqustun 6-dan 10-dək həyata keçiriləcək. Abituriyentlər ali məktəblərin ixtisaslarından başqa orta ixtisas təhsil müəssisələrinin kodunu da qeyd edə biləcəklər.

Ümumilikdə Azərbaycanın ali məktəblərinə 30 457 abituriyent daxil ola bilər.

Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri çərşənbə günü açıqlanıb.

Abituriyentlər daxil olduqları ixtisasların kodlarını Dövlət Komissiyasının internet saytı və ya "Abituriyent" jurnalının xüsusi buraxılışından öyrənə bilərlər. İmtahanların nəticələrini isə imtahan kodunu yazaraq 7727 nömrəsinə göndərməklə öyrənmək mümkündür.

Xəbər lenti

Xəbər lenti