...

Azərbaycanın Quba rayonunda Azərbaycan və Norveç skautlarının birgə yürüşü keçirilib

Cəmiyyət Materials 9 Avqust 2010 17:19 (UTC +04:00)
Azərbaycanın Quba rayonunda Azərbaycan və Norveç skautlarının birgə yürüşü keçirilib. Bu barədə Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Azərbaycanın Quba rayonunda Azərbaycan və Norveç skautlarının birgə yürüşü keçirilib

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanın Quba rayonunda Azərbaycan və Norveç skautlarının birgə yürüşü keçirilib. Bu barədə Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Yürüşün birinci günündə alpçəmənlik ilə şaquli xətt üzrə 900 metr yüksəklik yığaraq, yaylayaqalxma tapşırığı uğurla icra edilib.

Yürüş altı gün davam edib və Quba rayonunun Qrız-Dəhnə kəndində başa çatıb.

Norveçli iştirakçılar əvvəlcədən Azərbaycan dağlarında heyranedici dağ silsilələri, dərin dərələr, saf çaylar və buzsulu şəlalələr görəcəklərini zənn etmədiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti