...

İranda həbsdə olan azərbaycanlı alim artıq Bakıya gətirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 12 Avqust 2010 11:58 (UTC +04:00)
İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyev azadlığa buraxılıb və cümə axşamı artıq Bakıya gətirilib.
İranda həbsdə olan azərbaycanlı alim artıq Bakıya gətirilib (YENİLƏNİB)

RED. əlavəsi: Azərbaycanlı alim barədə əlavə olunub.

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir K.Zərbalıyeva/

İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyev azadlığa buraxılıb və cümə axşamı artıq Bakıya gətirilib.

Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Soltanhəmid Məlikov cümə axşamı öncə Trend-ə bildirib ki, alim dünən axşam saatlarında həbsdən azad edilib.

Komitə sədri Əliyevin həbsdən azad olunmasının təfərrüatları barədə məlumatsız olduğunu deyib.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra, Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemini bəhanə gətirərək onu həbs ediblər.

Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib.

İranın "Sazan Elektronics İndustry company" şirkətinin rəhbəri Abbas Eftexari daha öncə Trend-ə bildirib ki, Əliyevin həbsinin həmin şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Eftexari alimin casusluqda ittiham olunduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti