...

Azərbaycanda fəaliyyət göstərən özəl klinika insan orqanlarının qeyri-qanuni transplantasiyası ilə bağlı səsləndirilən fikirləri əsassız sayır (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2010 11:03 (UTC +04:00)
Son günlər bəzi mətbuat səhifələrində "Nur" özəl klinikasında insan orqanlarının qeyri-qanuni transplantasiyası ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq, klinikanın maraqlarını müdafiə edən İntiqam Əlizadə tərəfindən KİV nümayəndələri və ictimaiyyət üçün "Trend" Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.
Azərbaycanda fəaliyyət göstərən özəl klinika insan orqanlarının qeyri-qanuni transplantasiyası ilə bağlı səsləndirilən fikirləri əsassız sayır (FOTO)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir M.Əliyev/

Son günlər bəzi mətbuat səhifələrində "Nur" özəl klinikasında insan orqanlarının qeyri-qanuni transplantasiyası ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq, klinikanın maraqlarını müdafiə edən İntiqam Əlizadə tərəfindən KİV nümayəndələri və ictimaiyyət üçün Trend Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.

Əlizadə rəsmi sənədlərlə çıxış edərək, bütün bu fikirlərin əsassız olduğunu bildirib.

Ukrayna hüquq-mühafizə orqanları Azərbaycanın adını insan orqanlarının qeyri-qanuni transplantasiyası ilə bağlı cərrahi əməliyyatlar aparılan ölkələr sırasında çəkib.

"Ukrayna hüquq-mühafizə orqanları Azərbaycanda belə əməliyyatların aparıldığı barədə bildirir, amma konkret olaraq hansı tibb müəssisələrində belə əməliyyatların olunduğu barədə məlumat vermir", - Əlizadə deyib.

Daha sonra Əlizadə bəzi mətbuat səhifələrində klinikada çalışan məşhur türkiyəli cərrah Yusif Sönməz haqqında yazılan fikirlərin da əsassız olduğunu bildirib.

"Türkiyə Baş Prokurorluğuna göndərilən sorğuya alınmış cavab da, bəzi mətbuat səhifələrində yazıldığı kimi, Sönməzin məhkumluğunun olması iddialarının əsassızlığını sübut edir. Eləcə də onun Türkiyə Təbiblər Birliyi İstanbul Odasından qovulması barədə səsləndirilən fikirlər də yalandır. Sönməzin həmin birliyin 28292 protokol nömrəli üzvü olması barədə əlimizdə rəsmi sənədlər var", - hüquqşünas deyib.

Daha sonra o əlavə edib ki, Azərbaycanda özəl tibb müəssisələrinin fəaliyyətinə nəzarət edən xüsusi səlahiyyətli orqanlar var: "Mən əminəm ki, əgər Azərbaycanda belə faktlar olarsa, Azərbaycan Səhiyyə Nazirliyi, eləcə də Respublika Baş Prokurorluğu tərəfindən dərhal araşdırılaraq, cavabdeh şəxslər məsuliyətə cəlb olunacaqlar".

Xəbər lenti

Xəbər lenti