...

Azərbaycanın yeniyetmə idmançısı Olimpiadanın ilk gümüşünü qazanıb

Cəmiyyət Materials 17 Avqust 2010 16:31 (UTC +04:00)
Sinqapurda keçirilən yeniyetmələrin ilk "Olimpiada-2010"da Azərbaycan ilk gümüş medal qazanıb.
Azərbaycanın yeniyetmə idmançısı Olimpiadanın ilk gümüşünü qazanıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir M.Əliyev/

Sinqapurda keçirilən yeniyetmələrin ilk "Olimpiada-2010"da Azərbaycan ilk gümüş medalı qazanıb.

Azərbaycana gümüş medalı finalda Yaponiya idmançısı Yuki Takaxaşiyə uduzan sərbəst güləşçimiz Kənan Quliyev (54 kq) qazandırıb.

Güləş üzrə yarışın finalında Quliyevdən başqa, finalda kubalı idmançı Abraham De Xesus Konedo Ruano ilə qarşılaşacaq Əli Məhəmmədəbirov (100 kq) çıxış edəcək.

Çərşənbə axşamı Azərbaycana daha bir qızıl medalı ikili yarışmada 295 kq qaldırmış ağır atlet Nicat Rəhimov qazandırıb.

Olimpiadanın ilk günündə Azərbaycan güləşçiləri Murad Bazarov və Elman Muxtarov qızıl medal qazanıblar. Azərbaycana üçüncü medalı sərbəst güləşçimiz Patimat Baqomedova (52 kq) qazandırıb.

Yeniyetmələrin ilk Olimpiya Oyunları 2010-cu il avqustun 14-dən 26-dək keçirilir.

Sinqapurda idmanın 29 növü üzrə 3,5 mindən çox idmançı yarışır.

Xəbər lenti

Xəbər lenti