Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir T.Hacıyev/
Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin seçmə aforizmlərindən ibarət miniatür kitabı nəşr edilib. Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) internet-saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Kitab Cəmiyyətinin çap etdirdiyi kitab 55-38 mm ölçüdə, 248 səhifədən ibarətdir və 200 nüsxə tirajla çap edilib. Miniatür kitabda böyük mütəfəkkirin əsərlərindən 16 kompozisiya yerləşdirilib.
Kitab AMEA Hüseyn Cavidin ev-muzeyi tərəfindən hazırlanıb. Kitabın təqdimatının isə bu ilin sentyabrında Bakı və Naxçıvanda keçiriləcəyi gözlənilir.