...

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması qaydaları təsdiq edilib

Cəmiyyət Materials 20 Avqust 2010 18:22 (UTC +04:00)
Azərbaycan hökuməti ilk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodu və tətbiqolunma qaydalarını təsdiq edib
Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir T. Hacıyev/

Azərbaycan hökuməti ilk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiqolunma qaydalarını təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.

Qaydalar ştatda olan, ştatdankənar işçilərin əməkhaqqı, əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinin, əməkhaqqına üstəlik, mətbəə xərcləri, cari təmir xərcləri və digər xərc normativlərinin hesablanmasını nəzərdə tutur.

Hesablanma metodu Azərbaycan Təhsil Nazirliyi və digər sahə nazirliklərinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti