...

"Dağıstan" RİA və "Trend" BİA tərəfdaşlıq haqqında saziş imzalayıblar

Cəmiyyət Materials 24 Avqust 2010 14:34 (UTC +04:00)
"Dağıstan" Respublika İnformasiya Agentliyi ilə Azərbaycanın "Trend" Beynəlxalq İnformasiya Agentliyi arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
"Dağıstan" RİA və "Trend" BİA tərəfdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 24 avqust /Trend/

"Dağıstan" Respublika İnformasiya Agentliyi ilə Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyi arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənədə görə, tərəflər müntəzəm şəkildə operativ məlumatların, analitik materialların, eləcə də Dağıstan və Azərbaycan ərazisində və onların hüdudlarından kənarda siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyat haqqında fotoşəkillərin mübadiləsini aparacaqlar. Tərəflər, həmçinin, dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin səfərlərinin, eləcə də hər iki ölkə ərazisində keçirilən digər dövlətlərarası aksiya və tədbirlərin informasiya dəstəyinin təşkilində və təminatında da sıx əməkdaşlıq etmək niyyətindədirlər.

"Dağıstan" Respublika İnformasiya Agentliyi 2005-ci il martın 15-də Dağıstan Respublikasının Milli Siyasət, İnformasiya və Xarici Əlaqələr Nazirliyi tərəfindən təsis olunub. "Dağıstan" RİA Prezident Administrasiyasından, hökumətdən, parlamentdən, nazirlik və idarələrdən, Dağıstanın sənaye müəssisələrindən operativ maliyyə-iqtisadi məlumatların toplanması və yayılmasını həyata keçirir. "Dağıstan" RİA saytı (www.riadagestan.ru) RF Cənub Federal Dairəsinin ən populyar informasiya ocaqlarından biridir və bu regionun ən çox istinad edilən resurslarının ilk beşliyinə daxildir.

1995-ci ildə Azərbaycanda yaradılmış TREND Özəl İnformasiya Agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın xəbər dərc edir. Trend müştərilərə yüksəkkeyfiyyətli multimedia materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklərin yazdıqları məqalələri təqdim edir.

Xəbər lenti

Xəbər lenti