...

Azərbaycanda Məhkəmə-Hüquq Şurası tərəfindən səlahiyyətlərinə xitam verilən hakimlərin adları məlum olub

Cəmiyyət Materials 30 Avqust 2010 11:01 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, fəaliyyəti qeyri-məqbul hesab edilmiş və səlahiyyətlərinə xitam verilmiş hakimlərin adları açıqlanıb
Azərbaycanda Məhkəmə-Hüquq Şurası tərəfindən səlahiyyətlərinə xitam verilən hakimlərin adları məlum olub

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Məhkəmə-Hüquq Şurası tərəfindən səlahiyyətlərinə xitam verilən hakimlərin adları məlum olub.

Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, fəaliyyəti qeyri-məqbul hesab edilmiş və səlahiyyətlərinə xitam verilmiş hakimlər aşağıdakılardır:

- Atakişiyev Şahin Əliseyran oğlu - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi;

- Quliyev Ələkbər Hüsü oğlu - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi;

- Məmmədov Cavanşir Yusif oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi;

- Şükürov Bəhram Adil oğlu - Bakı Şəhər Xətai Rayon Məhkəməsinin hakimi;

- Hüseynova Mayisə Əliş qızı - Şuşa Rayon Məhkəməsinin hakimi.

MHŞ-in Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında bu barədə qərar qəbul edilib.

Adıçəkilən hakimlərin siyahısı fəaliyyətinə xitam verilməsi üçün Azərbaycan Prezidentinə təqdim olunub.

Beş nəfərin isə hakimlik üçün son yaş həddinə çatmaları ilə əlaqədar səlahiyyətlərinə xitam verilib.

Həmin hakimlər bunlardır:

- Bakı Apelyasiya Məhkəməsinin hakimləri - Hüseyn Talıbov, Rəsul Səfərov, Rəhman Mirzəyev;

- Gəncə Apelyasiya Məhkəməsinin hakimi Qədir Həsənov;

- Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Salman Babayev.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, qanunvericiliyin tələblərini pozduqlarına görə, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovaya töhmət verilib; Zərdab Rayon Məhkəməsinin hakimi Ağaməhəmməd Qarayevə və Ağdam Hərbi Məhkəməsinin hakimi Abbas Abbasova irad tutulub.

Xəbər lenti

Xəbər lenti