Аzərbaycan, Bakı, 31 avqust /Trend, müxbir М.Əliyev/
Çərşənbə axşamı Azərbaycanda ümumi orta təhsli bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumatda deyilir.
Avqustun 29-da keçirilmiş imtahanlarda 30 261 abituriyent iştirak edib ki, onlardan 8515-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Abituriyentlərdən 40 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunaraq nəticələri ləğv edilib.