...

Azərbaycan "Media Akademiya"sının növbəti qonağı Murad Dadaşov olub

Cəmiyyət Materials 2 Sentyabr 2010 18:04 (UTC +04:00)
"Media Akademiya"nın növbəti qonağı "М Group Production"ın rəhbəri, populyar teleaparıcı, tok-şou formatında verilişlərin müəllifi Murad Dadaşov olub.
Azərbaycan "Media Akademiya"sının növbəti qonağı Murad Dadaşov olub

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

"Media Akademiya"nın növbəti qonağı "М Group Production"ın rəhbəri, populyar teleaparıcı, tok-şou formatında verilişlərin müəllifi Murad Dadaşov olub.

Treninq zamanı Dadaşov tələbələrə teleaparıcılıq və prodakşndakı iş haqqında danışıb. Bu barədə "Media Akademiya"nın məlumatında deyilir.

Qonaq həmçinin iştirakçılara hələ çəkiliş mərhələsində olan teleserial barədə, teleefirimizdəki uğurlu və uğursuz verilişlər və teleaparıcılar haqqında danışıb. Öz serialından danışan Dadaşov bildirib ki, ssenari hazırdır və yaxın vaxtlarda çəkilişlərə başlanacaq. Görüş zamanı qonaq iştirakçıların televiziya proqramları ilə bağlı suallarına cavab verib. Dadaşov qeyd edib ki, bu sahədə işçilər üçün ən əsası informasiyanın dəqiqliyi və obyektivliyidir.

Xəbər lenti

Xəbər lenti