...

İranlı ayətullah Quranı yandırmaq planı ilə bağlı ABŞ rəsmilərinə xəbərdarlıq edib

Cəmiyyət Materials 8 Sentyabr 2010 17:03 (UTC +04:00)
İranın dini alimlərindən olan ayətullah Safi Gülpayiqani bəyanat yayaraq sentyabrın 11-də Amerikadakı dini icmalardan birinin Quranı yandırmaq planı ilə bağlı ABŞ hökumətinə, Roma Papasına və xristian dini liderlərinə xəbərdarlıq edib.
İranlı ayətullah Quranı yandırmaq planı ilə bağlı ABŞ rəsmilərinə xəbərdarlıq edib

İranın dini alimlərindən olan ayətullah Safi Gülpayiqani bəyanat yayaraq sentyabrın 11-də Amerikadakı dini icmalardan birinin Quranı yandırmaq planı ilə bağlı ABŞ hökumətinə, Roma Papasına və xristian dini liderlərinə xəbərdarlıq edib. Məlumatı İranın FARS xəbər agentliyi  yayıb.

"Qurani-Kərim bütün peyğəmbərləri hörmətlə yad edir. Hamını imanlı və inanclı olmağa çağırır. Bu kitab bəşəriyyəti sülh, mehribanlıq və Allahın rəhmətinə doğru çağırır. 1 milyard 500 milyon insanın bu kitabda buyurulanlara əməl etməsinə baxmayaraq, digər dinlərə mənsub olanlar da bu kitaba hörmətlə yanaşırla. Qurana hörmətsizlik etmək bütün peyğəmbərlərə, o cümlədən İbrahim, Musa və İsa kimi peyğəmbərlərə hörmətsizlik deməkdir. Belə bir hərəkət baş verərsə, bu işdə ABŞ Prezidenti Obamanı məsul şəxs kimi bilirik", - Gülpayiqaninin bəyanatında deyilir.

Amerikadakı dini icmalardan biri sentyabrın 11-də Quranı yandırmağı planlaşdırır. Onlar bununla radikal islamçıların 2001-ci ildə ABŞ-da törətdikləri terror aktlarının qurbanlarını anmaq istədiklərini bildirirlər.

Bu, Florida ştatında yaşayan təxminən 50 dindarın yaratdığı bir icmadır. Onlar özlərini "Dove World Outreach Center" adlandırırlar. Ştatın hakimiyyət orqanları icmaya kitabların yandırılması aksiyasını keçirməyə icazə verməyib. Amma icmanın rəhbəri, keşiş Terri Cons həmin gün Quranı yandıracaqlarını deyir. Prezident Barak Obama və ABŞ-da bütün dinləri təmsil edən insanlar Floridadakı kiçik icmanın planlarını pisləyirlər və həmin qrupun zərərli bəyanatlarının əleyhinə çıxırlar.

Xəbər lenti

Xəbər lenti