...

Azərbaycanda ilk beynəlxalq ekoloji sərgi açılıb

Cəmiyyət Materials 16 Sentyabr 2010 14:20 (UTC +04:00)
Azərbaycanda cümə axşamı Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə beynəlxalq sərgi açılıb.
Azərbaycanda ilk beynəlxalq ekoloji sərgi açılıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycanda cümə axşamı Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə beynəlxalq sərgi açılıb.

"Azərbaycanda Ekologiya ilində belə bir sərginin keçirilməsi ölkəmizin ekoloji texnologiyalar üzrə böyük investora çevrilməsini, o cümlədən, bu texnologiyaların istehlakçısı kimi fəal olduğunu göstərən bir amildir", - sərgi zamanı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, son illər ekologiya sənayenin bir istiqamətinə çevrilməyə başlayıb və iqtisadi maraq üzərində qurulan fəaliyyət, problemi daha qısa müddətə həll etməyə köməklik göstərəcək.

Nazir əmin olduğunu bildirib ki, sərgi hər il təşkil olunacaq.

Azərbaycanda və digər xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin və "yaşıl" texnologiyaların geniş auditoriyaya təqdim edilməsi məqsədi ilə keçirilən sərgidə 30-a yaxın xarici və yerli şirkət, dövlət qurumları və qeyri-hökumət təşkilatları iştirak edirlər.

Sərgi "Azərbaycan yaşıl dünya naminə" devizi altında Heydər Əliyev adına İdman-Konsert Kompleksində sentyabrın 18-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti