...

Azərbaycanda hakimliyə namizədlərin yekun müsahibəsi keçirilib

Cəmiyyət Materials 16 Sentyabr 2010 18:37 (UTC +04:00)
Azərbaycanda test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 2009/2010-cu tədris ili ərzində davam edən tədris kursunu uğurla başa vurmuş 78 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibə keçirilib.
Azərbaycanda hakimliyə namizədlərin yekun müsahibəsi keçirilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 2009/2010-cu tədris ili ərzində davam edən tədris kursunu uğurla başa vurmuş 78 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibə keçirilib. Bu barədə çərşənbə günü komitənin yaydığı məlumatda deyilir. 

Komitənin cümə axşamı yaydığı məlumata görə, namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilən müsahibələrdə beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan 50-dək müşahidəçi iştirak edib. Müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilib və bütün hakimliyə namizədlər hakim vəzifəsinə təyin olunmağa layiq biliniblər.

Xəbər lenti

Xəbər lenti