...

Azərbaycan Ali Məhkəməsinə müraciətlərin sayı artıb – sədr

Cəmiyyət Materials 25 Sentyabr 2010 13:47 (UTC +04:00)
Azərbaycan Ali Məhkəməsinə müraciətlər 2010-cu ilin ilk səkkiz ayında ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz artıb. Bu barədə şənbə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
Azərbaycan Ali Məhkəməsinə müraciətlərin sayı artıb – sədr

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan Ali Məhkəməsinə müraciətlər 2010-cu ilin ilk səkkiz ayında ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz artıb. Bu barədə şənbə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, bütün işlərin 75 faizə qədəri mülki məsələlərin payına düşür. Ən çox əmlak, varislik və boşanma məsələləri üzrə müraciətlər daxil olur.

"Ali Məhkəməyə daxil olan ərizələrin dörddəüçünü mülki məsələlər, qalan hissəsini cinayət və hərbi işlər təşkil edir", - Rzayev deyib.

Xəbər lenti

Xəbər lenti