...

"Avro-2012"nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib

Cəmiyyət Materials 28 Sentyabr 2010 10:47 (UTC +04:00)
"Avro-2012"nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
"Avro-2012"nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Hacıyev/

"Avro-2012"nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Trend-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən vediyi məlumata görə, oktyabrın 8-də, Vyana şəhərindəki Ernst Happel stadionunda keçiriləcək oyunu Danimarkadan olan hakimlər - baş hakim Nikolay Vollkvarts, baş hakimin köməkçiləri Torben Yensen və Henrik Kristensen, yardımçı hakim isə Kenn Hansendir. Oyunun hakim-inspektoru fransalı Mişel Vautrot, UEFA nümayəndəsi rumıniyalı Dumitru Mihalaçedir.

Xəbər lenti

Xəbər lenti