...

Miqrasiya axınlarının effektiv idarə olunması üçün MDB dövlətlərinin əlaqələndirilmiş fəaliyyəti yaradılmalıdır – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 29 Sentyabr 2010 12:58 (UTC +04:00)
Miqrasiya axınlarının effektiv idarə olunması üçün MDB dövlətlərinin əlaqələndirilmiş fəaliyyətinin yaradılması tələb olunur. Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov belə hesab edir.
Miqrasiya axınlarının effektiv idarə olunması üçün MDB dövlətlərinin əlaqələndirilmiş fəaliyyəti yaradılmalıdır – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Miqrasiya axınlarının effektiv idarə olunması üçün MDB dövlətlərinin əlaqələndirilmiş fəaliyyətinin yaradılması tələb olunur. Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov belə hesab edir.

"Ölkələr arasında belə səviyyədə əməkdaşlığın yaradılması vacibdir. O, müasir miqrasiya çağırışları ilə bağlı konkret tədbirlər görməyə imkan verən razılaşdırılmış miqrasiya siyasəti aparılmasını təmin edə bilər", - Ələsgərov çərşənbə günü Bakıda keçirilən MDB üzvü olan ölkələrin Miqrasiya Orqanları Rəhbərləri Şurasının səkkizinci iclası zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda əmək miqrasiyasının xüsusi çəkisi böyükdür. Bu gün Azərbaycan miqrant axınının qeyd olunduğu tranzit ölkədən təyinat ölkəsinə çevrilir və xarici miqrantların artımı bu sahədə nəzarətin gücləndirilməsinin vacibliyini şərtləndirir.

Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşən bir ölkədir. O qeyd edib ki, ermənilərin Azərbaycan ərazilərini işğal etmələri nəticəsində, bir milyondan artıq vətəndaş öz torpaqlarından qovulub.

"Miqrasiya çoxlu sayda problem doğurur. Bu, onların həlli üçün hərtərəfli yanaşmanın hazırlanması üzrə bütün dövlətlərin səylərinin razılaşdırılmasını tələb edir", - Ələsgərov deyib.

İclas zamanı miqrasiya orqanlarını rəhbərləri MDB üzvü olan ölkələrin miqrasiya orqanlarının informasiya mübadiləsi sahəsində əməkdaşlığının vəziyyəti və perspektivlərini, bu ölkələrin 2009-2011-ci illərdə qeyri-qanuni miqrasiyaya qarşı fəaliyyətinin əməkdaşlıq proqramının reallaşdırılmasını, MDB üzvü olan ölkələrin Miqrasiya Orqanları Rəhbərləri Şurasının iş planını, eləcə də MDB ölkələrində əmək fəaliyyətinin həyata keçirilməsi üçün əmək miqrantlarının mütəşəkkil cəlb olunmasının ümumi prinsip və mexanizmlərinin reallaşdırılmasını müzakirə edirlər.

İclasda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qırğızıstan, Qazaxıstan və Tacikistanın miqrasiya xidmətlərinin rəhbərləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti