...

Azərbaycan regionlarında işləmək üçün bu il 800-dən çox müəllim göndərilib - təhsil naziri

Cəmiyyət Materials 7 Oktyabr 2010 13:06 (UTC +04:00)
Azərbaycanın regionlarındakı məktəblərdə kadr çatışmazlığı problemi aradan qaldırılmayıb.
Azərbaycan regionlarında işləmək üçün bu il 800-dən çox müəllim göndərilib - təhsil naziri

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın regionlarındakı məktəblərdə kadr çatışmazlığı problemi aradan qaldırılmayıb, - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Regionlarda müəllim çatışmazlığını aradan qaldırmaq istiqamətində proqramımız davam edir. Bu il 800-dən çox müəllimi işləmək üçün regionlara göndərmişik", - Mərdanov deyib.

Azərbaycan hökuməti ölkə regionlarında müəllim çatışmazlığı probleminin həllinə dair Dövlət Proqramını təsdiq edib.

Hələ 6-7 il əvvəl respublikanın orta məktəblərində 7 min müəllim çatışmazlığı problemi mövcud idi. Bu gün bu problemin həlli üzrə iş 80% həll edilib.

Nazirin sözlərinə görə, əsasən, Lerik, Yardımlı, Gədəbəy və digər ucqar dağ rayonlarında müəllimlərə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti