...

Polşada Azərbaycan mühacirlərinin irsindən bəhs edən kitab nəşr olunub

Cəmiyyət Materials 7 Oktyabr 2010 19:50 (UTC +04:00)
Polşada Azərbaycanın bu ölkədə keçmiş səfiri olmuş Vilayət Quliyevin "Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən" adlı kitabı (rus dilində) çap olunub.
Polşada Azərbaycan mühacirlərinin irsindən bəhs edən kitab nəşr olunub

Azərbaycan,  Bakı, 7 oktyabr /Trend/

Polşada Azərbaycanın bu ölkədə keçmiş səfiri olmuş Vilayət Quliyevin "Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən" adlı kitabı (rus dilində) çap olunub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, kitab Polşanın "Adam Marşalek" nəşriyyatında çap olunub. Kitaba 1930-cu illərdə Polşada fəaliyyət göstərən M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, M.Mir-Mehdiyev, İ.İsrafilbəyov və b. siyasi mühacirlərin yerli və mühacir mətbuatındakı məqalə və çıxışları, habelə Azərbaycanla bağlı çoxsaylı materiallar daxil edilib.

Quliyev kitaba "Fikir və söz vasitəsilə mübarizə" adlı geniş müqəddimə yazıb, eyni zamanda mətnlərdə təsadüf olunan şəxs, yer adlarına, siyasi proses və tarixi hadisələrlə bağlı anlayışlara geniş şərhlər verib. Müəlliflər haqqındakı məlumatlar onların hər birinin Azərbaycanın siyasi tarixində və mühacirət həyatında tutduqları yeri müəyyənləşdirməyə yardım edir. Gərgin axtarışların bəhrəsi olan 600 səhifəlik bu nadir nəşrlər toplusu Azərbaycan Xalq Cümhuriyyətinin və siyasi mühacirət nümayəndələrimizin tarixi ilə bağlı bir sıra az öyrənilmiş, naməlum səhifələrə işıq salır.

Kitabda əksəriyyəti Polşa arxivlərindən götürülmüş nadir sənədlərin fotonüsxələri və fotoşəkillər də yer alıb.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti