...

Azərbaycan Ekologiya Nazirliyi dövlət yasaqlığı ərazisində qanunsuz ağac kəsilməsi ehtimalı ilə əlaqədar araşdırma aparıb

Cəmiyyət Materials 18 Oktyabr 2010 10:58 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Yasaqlığının ərazisində qanunsuz ağac kəsilməsi və daşınması ehtimalının olduğunu yoxlamaq məqsədilə araşdırma aparıb.
Azərbaycan Ekologiya Nazirliyi dövlət yasaqlığı ərazisində qanunsuz ağac kəsilməsi ehtimalı ilə əlaqədar araşdırma aparıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Yasaqlığının ərazisində qanunsuz ağac kəsilməsi və daşınması ehtimalının olduğunu yoxlamaq məqsədilə araşdırma aparıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bazar ertəsi Trend-ə bildirib ki, araşdırma Nazirliyin elektron poçtuna daxil olan tranzit yolda qəzaya uğramış maşın vasitəsilə "guya" qanunsuz kəsilmiş ağac materialının daşınması barədə məktub və fotoşəkillər əsasında aparılıb.

Nazirliyin müvafiq komissiyasının apardığı araşdırmalar məktub və şəkillərin qəza hadisəsi ilə heç bir əlaqəsi olmadığını göstərib.

Zaqatala Dövlət Təbiət Qoruğundan verilən məlumata görə, "URAL" markalı maşının törətdiyi qəza hadisəsi Zaqatala Dövlət Təbiət Qoruğunun deyil, eyni adlı Yasaqlığın "Axkimal" adlanan sahəsinin 1 saylı dolayının 115-ci kvartalında, geoloji kəşfiyyat işləri aparılan əraziyə gedən yolda baş verib.

Baş vermiş qəza ilə bağlı Balakən rayon polis şöbəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti