...

Azərbaycan və Meksika arasında idman və gənclər siyasəti sahəsində anlaşma memorandumu imzalana bilər

Cəmiyyət Materials 26 Oktyabr 2010 12:58 (UTC +04:00)
Azərbaycan və Meksika arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycan və Meksika arasında idman və gənclər siyasəti sahəsində anlaşma memorandumu imzalana bilər

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Meksika arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov Mexiko şəhərində Meksikanın Bədən Tərbiyəsi və İdman Komitəsinin baş direktoru Bernardo de La Garza ilə görüşdə qarşılıqlı tələbə mübadiləsi, dostluq yarışlarının, həmçinin, müxtəlif idman növləri üzrə milli yığma komandaların birgə məşq toplantılarının təşkili kimi məsələlər müzakirə edib.

Tərəflər, idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə anlaşma memorandumunun imzalanması üçün müvafiq danışıqların başlanmasını məqsədəuyğun hesab ediblər.

Görüşdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov iştirak edib.

Nazir Rəhimov Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmək üçün Meksikada səfərdə olub.

Xəbər lenti

Xəbər lenti