...

Azərbaycan gimnastı Aliyə Qarayeva Berlində Qran-prinin final mərhələsinin bürünc mükafatçısı olub

Cəmiyyət Materials 1 Noyabr 2010 17:41 (UTC +04:00)
Azərbaycan gimnastı Aliyə Qarayeva Berlində keçirilən Qran-prinin final mərhələsinin bürünc mükafatçısı olub.
Azərbaycan gimnastı Aliyə Qarayeva Berlində Qran-prinin final mərhələsinin bürünc mükafatçısı olub

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan gimnastı Aliyə Qarayeva Berlində keçirilən Qran-prinin final mərhələsinin bürünc mükafatçısı olub.

2010-cu il mundialının bürünc mükafatçısı topla hərəkətlərdə üçüncü yeri tutub. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib. O, hakimlərdən 27,9 bal alaraq, yalnız iki Rusiya idmançısı Yevgeniya Kanayeva və Darya Dmitriyevaya uduzub.

Qarayeva ip (27.5), lent (27.4) və qurşaq (27.5) ilə hərəkətlərdə dördüncü olub. O, çoxnövçülükdə 110.066 ballıq ümumi nəticə ilə beşinci yeri tutub.

Onun komanda yoldaşı Anna Qurbanova iki finalda iştirak edib. O, lent və qurşaq ilə hərəkətlərdə müvafiq olaraq 26,25 və 26,275 bal toplayaraq altıncı yeti tutub. Qurbanova şəxsi birincilikdə 106.458 bal toplayaraq doqquzuncu olub.

Proqramların bütün növlərində dünya çemponu Yevgeniya Kanayeva qələbə qazanıb.

Gimnastlarımız Almaniyadan İtaliyanın Aresso şəhərciyinə yola düşəcəklər. Orada noyabrın 6-da bu Cənubi Avropa ölkəsinin klub çempionatının ikinci turu keçiriləcək. Qurbanova A1 seriyasında "Komense", Qarayeva isə A2 seriyasında "Ritmika" klubunun şərəfini qoruyacaq.

Xəbər lenti

Xəbər lenti