...

Avropa Mətbuat Şuraları Alyansı "Facebook" sosial şəbəkəsinə nəzarət məsələsini müzakirə edib

Cəmiyyət Materials 5 Noyabr 2010 16:05 (UTC +04:00)
"Facebook" sosial şəbəkəsi Mətbuat şuralarının nəzarətinə keçə bilər. Avropa Mətbuat Şuraları Alyansının Niderlandın paytaxtı Amsterdamda keçirilən XII illik toplantısı zamanı bu məsələ müzakirə olunub.
Avropa Mətbuat Şuraları Alyansı "Facebook" sosial şəbəkəsinə nəzarət məsələsini müzakirə edib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir T.Hacıyev/

"Facebook" sosial şəbəkəsi Mətbuat şuralarının nəzarətinə keçə bilər. Avropa Mətbuat Şuraları Alyansının Niderlandın paytaxtı Amsterdamda keçirilən XII illik toplantısı zamanı bu məsələ müzakirə olunub. Məlumatı cümə günü Azərbaycan Mətbuat Şurasının mətbuat xidməti yayıb.

Məlumata görə, toplantıda qeyd olunub ki, indiyədək bu şəbəkə heç bir qurum tərəfindən idarə edilməyib və ona azad istinad mənbəyi kimi yanaşılıb. Bu isə bəzən müəyyən təxribatçı məqsədlərin reallaşmasına gətirib. Xüsusilə, bir sıra terror təşkilatlarının, o cümlədən "əl-Qaidə"nin bu resurslardan öz məqsədləri üçün yararlanması və digər belə məsələlər dünya mediası ilə bağlı ciddi narahatlıq doğuran məqamlar kimi vurğulanıb. Mövcud situasiyada Mətbuat şuralarının rolunun nədən ibarət ola biləcəyinə, həmçinin, "Facebook" sosial şəbəkəsinə nəzarətin mümkünlüyunə dair diskussiyalar aparılıb. Qərara alınıb ki, bu məsələlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının bu il Nepalda keçiriləcək toplantısında da müzakirəyə çıxarılsın.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxış edib. O, rəhbərlik etdiyi qurumun yaranmasından, gördüyü işlərdən danışıb, xüsusən, şikayətlərə baxılması sahəsindəki təcrübəsi, mövcud sahədəki statistik göstəricilər barədə ətraflı məlumat verib. Şura sədrinin "Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları"nın yeni variantı ilə bağlı təqdimatı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Amaşov Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə və bu kimi "onlayn" mənbələrə həssaslıqla yanaşdığını, artıq bir saytla bağlı şikayətə baxdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti