...

Tbilisi meri Gürcüstan-Azərbaycan Fondunun təsisçisinə medal təqdim edib

Cəmiyyət Materials 8 Noyabr 2010 18:06 (UTC +04:00)
"Geo-Turan" Gürcüstan-Azərbaycan Mədəni Münasibətlər Fondunun təsisçisi Arif İbrahimov "Gürcüstan mədəniyyətinin dostu" medalı ilə təltif edilib.
Tbilisi meri Gürcüstan-Azərbaycan Fondunun təsisçisinə medal təqdim edib

Gürcüstan, Tbilisi, 8 noyabr /Trend, müxbir N.Kirsxaliya/

"Geo-Turan" Gürcüstan-Azərbaycan Mədəni Münasibətlər Fondunun təsisçisi Arif İbrahimov "Gürcüstan mədəniyyətinin dostu" medalı ilə təltif edilib. Medalı İbrahimova Tbilisinin meri Qiqi Uqulava təqdim edib. Bu barədə Trend-ə Arif İbrahimov bildirib.

Tbilisi meri iki qardaş xalqın tarixi dostluğunu vurğulayıb. Onun sözlərinə görə, qarşısında tarixi və mədəni münasibətlərin inkişafının möhkəmləndirilməsi məqsədini qoyan belə təşkilatların yaradılmasını yalnız alqışlamaq lazımdır.

"Geo-Turan" Fondu oktyabrda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfəri zamanı təsis edilib.

Xəbər lenti

Xəbər lenti