...

Azərbaycan Ekologiya Nazirliyi obyekt sahiblərini vəhşi heyvanlardan qazanc və əyləncə məqsədi üçün istifadə etməməyə çağırır

Cəmiyyət Materials 8 Noyabr 2010 19:07 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə əziyyət verilərək saxlanılmasını qətiyyətlə pisləyir və bu kimi hallarla kəskin mübarizə aparır.
Azərbaycan Ekologiya Nazirliyi obyekt sahiblərini vəhşi heyvanlardan qazanc və əyləncə məqsədi üçün istifadə etməməyə çağırır

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə əziyyət verilərək saxlanılmasını qətiyyətlə pisləyir və bu kimi hallarla kəskin mübarizə aparır. Bu barədə bazar ertəsi Trend-ə nazirliyin mətnuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Bu problem təkcə şüursuz ovçular və onlardan bu heyvanları alan restoran sahibləri ilə bağlı deyil. Problemin kökü vətəndaşların belə hallara həddən artıq yumşaq münasibəti ilə bağlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi çoxlu sayda heyvanları Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında uzun müddət saxlayaraq vəhşi təbiətə qaytarmağa hazırlamalı olur. Bu da həddən artıq əziyyətli işdir və baha başa gəlir", - İbrahimova qeyd edib.

Xətai rayonununda fəaliyyət göstərən kafedən 1 ədəd dələ, Hövsan qəsəbəsində fəaliyyət göstərən kafedən isə 2 ədəd canavar müsadirə edilərək Abşeron Milli Parkına buraxılıb.

Bütün hallarda qanunu pozmuş şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimə olunublar.

Xəbər lenti

Xəbər lenti