...

Azərbaycanda dünyanın 13 ölkəsindən olan gənclər insanları planetin müdafiəsinə çağırıblar

Cəmiyyət Materials 13 Noyabr 2010 17:36 (UTC +04:00)
Azərbaycanda "Ekologiya ili" çərçivəsində "Gənclər elmi-texniki tərəqqi uğrunda" mövzusunda beynəlxalq elmi-praktik konfransın yekunlarına dair qətnamə qəbul olunub. Bu barədə şənbə günü Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Azərbaycanda dünyanın 13 ölkəsindən olan gənclər insanları planetin müdafiəsinə çağırıblar

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycanda "Ekologiya ili" çərçivəsində "Gənclər elmi-texniki tərəqqi uğrunda" mövzusunda beynəlxalq elmi-praktik konfransın yekunlarına dair qətnamə qəbul olunub. Bu barədə şənbə günü Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Yekun qətnamədə ekologiyanınn müdafiəsi üzrə siyasi səviyyədə mənalı kompromis axtarışlarını davam etdirməyin vacibliyi qeyd olunur.

"Əmin oluruq ki, hökumət, vətəndaş cəmiyyəti - hamı planetimizin xilas olunması üçün öz töhfəsini verəcək. Tərəfdaşlarımızdan hər birinin bu işdə rolu və imkanları var", - məlumatda deyilir.

Bununla yanaşı, qətnamədə insan fəaliyyətinin harmonizasiyası, təbiətə vurulan ziyanı azaltmaq məqsədilə elmi tədqiqat, mühəndis və texnoloji işlərin intensivləşdirilməsinin vacibliyi vurğulanır.

Konfrans iştirakçıları gənclər təşkilatlarını, təşəbbüs qruplarını nəinki gənclər, eləcə də cəmiyyətin digər təbəqələrinin maarifləndirilməsinə, həmçinin, ekoloji dünyagörüşün formalaşmasına töhfə vermək üzrə fəaliyyətlərini artırmağa çağırır.

"Gənclər elmi-texniki tərəqqi uğrunda" adlı konfrans 13 ölkənin ekoloji qeyri-hökumət təşkilatlarının tərkibində fəaliyyət göstərən 150 alim, ekspert, tələbə, aspirant, mühəndis və gəncləri bir araya gətirib.

Noyabrın 11-12-də Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə keçirilən tədbirin məqsədi gənc alim, ekspert, mütəxəssis, biznesmen, ictimai təşkilatlar və KİV nümayəndələrini təbiəti mühafizə məsələlərinin həllinə  ruhlandırmaq, yeni əsrin ekoloji xüsusiyyətlərini öyrənən innovasiya edilmiş iqtisadiyyat və elmin yaradılmasında onların iştirakına təkan verməkdir.

Xəbər lenti

Xəbər lenti