...

Bakı teleqülləsi ətrafında 2310 ədəd döyüş başlığı olmayan mərmi zərərsizləşdirilib - FHN

Cəmiyyət Materials 20 Noyabr 2010 11:23 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının şənbə günü yaydığı məlumata görə, nazirliyin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən aparılan axtarış əməliyyatı nəticəsində ümumilikdə, 2310 ədəd döyüş başlığı olmayan 125mm zirehli texnika əleyhinə çapaltı mərmilər aşkar edilib.
Bakı teleqülləsi ətrafında 2310 ədəd döyüş başlığı olmayan mərmi zərərsizləşdirilib - FHN

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı teleqülləsinin ətrafında döyüş sursatlarının aşkarlandığı ərazidə axtarış əməliyyatı başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının şənbə günü yaydığı məlumata görə, nazirliyin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən aparılan axtarış əməliyyatı nəticəsində ümumilikdə, 2310 ədəd döyüş başlığı olmayan 125mm zirehli texnika əleyhinə çapaltı mərmilər aşkar edilib.

Aşkarlanmış mərmilər xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə aparılıb.

Noyabrın 10-da gecə Bakının Səbail rayonu ərazisində yerləşən teleqüllənin yaxınlığında mindən çox partlamamış hərbi sursat aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti