...

Azərbaycan Ekologiya Nazirliyi restoranlardan canavar, ayı və quşları müsadirə edib

Cəmiyyət Materials 29 Noyabr 2010 19:03 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Beyləqan rayonunda fəaliyyət göstərən restorandan 3 canavar, 3 qartal, 3 anqut quşu, 3 qutan quşu və 1 qu quşu müsadirə edərək götürüb.
Azərbaycan Ekologiya Nazirliyi restoranlardan canavar, ayı və quşları müsadirə edib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Beyləqan rayonunda fəaliyyət göstərən restorandan 3 canavar, 3 qartal, 3 anqut quşu, 3 qutan quşu və 1 qu quşu müsadirə edərək götürüb. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Bundan başqa, Samux rayonundakı şərab zavodunun həyətindən 2 ayı, Şamaxı rayonunda fəaliyyət göstərən restorandan isə 1 maral müsadirə olunub.

ETSN Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları ilə birgə respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə reydlər keçirir.

Qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının "Heyvanlar aləmi haqqında" qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.

Bundan əvvəl Ekologiya Nazirliyinin əməkdaşları restoranlardan 4 ayı, 3 canavar və 1 sincab götürmüşdü.

Xəbər lenti

Xəbər lenti