İslam Konfransı Təşkilatının Gənclər Forumunun (İKT GF) baş katibi, səfir Elşad İsgəndərov dünən Frankfurtda başa çatan Dünya Azərbaycanlı Gənclərin I Konqresində iştirak edib. O, İKT GF-nin mədəniyyətlərarası dialoq üzrə əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüskarı olduğu və erməni silahlılarının Azərbaycanın Xocalı şəhərində törtədikləri insanlığa qarşı cinayətkarlığın mənəvi-siyasi tanınmasına yönələn "Xocalıya ədalət" kampaniyasında fəal iştirakın zəruriliyini qeyd edib.
Səfir İsgəndərov tədbirin açılış mərasimində iştirak edib. O, çıxışında diaspor gənclərini və dünyanın müxtəlif ölkələrində universitetlərdə təhsil alan azərbaycanlı tələbələri ölkənin milli maraqlarının müdafiəsində fəal olmağa və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin gənc həmvətənlərin yaşadıqları və təhsil aldıqları ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılmasına kömək edə biləcək tədbirlərdə iştiraka çağırıb.
"Beynəlxalq dialoqun inkişafında gənclərin rolu" adı altında təşkil olunan və İsgəndərovun sədrliyi ilə keçirilən paneldə ABŞ-ın Kolumbiya Universitetinin məzunu, kampaniyanın əlaqələndiricisi Nicat Məmmədli 2008-ci ildən başlayaraq "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
Panel iştirakçıları İKT GF-nin BMT Sivilizasiyalar Alyansının işindəki rolu, 2011-ci ildə dünyanın müxtəlif ölkələrinin gənc liderlərinin iştirakı ilə Bakıda təsis olunması planlaşdırılan Qlobal Gənclər Hərəkatı SA haqqında da məlumatlandırılıblar. Konqres Forumu yekun sənəddə kampaniyaya tam dəstəyini ifadə edib və dünyadakı gənc həmvətənləri onun həyata keçirilməsinə qoşulmağa çağırıb.
Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb
Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir
http://az.trend.az/news/politics/1789658.html
http://az.trend.az/news/society/1789485.html
http://az.trend.az/news/society/1789065.html
http://az.trend.az/news/society/1788841.html
http://az.trend.az/news/society/1788636.html
http://az.trend.az/news/society/1787633.html
http://az.trend.az/news/society/1787048.html
http://az.trend.az/news/politics/1786989.html
http://az.trend.az/news/society/1786099.html
http://az.trend.az/news/politics/1786011.html
http://az.trend.az/news/society/1785422.html
http://az.trend.az/news/society/1785378.html
http://az.trend.az/news/politics/1785342.html
http://az.trend.az/news/society/1784463.html
http://az.trend.az/news/society/1784555.html
http://az.trend.az/news/society/1783636.html
http://az.trend.az/news/society/1782698.html
http://az.trend.az/news/society/1780194.html
http://az.trend.az/news/karabakh/1780129.html
http://az.trend.az/news/society/1780114.html
http://az.trend.az/news/politics/1779698.html
http://az.trend.az/capital/energy/1779708.html
http://az.trend.az/news/society/1775315.html
http://az.trend.az/news/karabakh/1771475.html
http://az.trend.az/news/society/1771449.html
http://az.trend.az/news/politics/1771264.html
http://az.trend.az/news/politics/1771281.html
http://az.trend.az/news/society/1770126.html
http://az.trend.az/news/society/1769966.html
http://az.trend.az/news/politics/1768183.html
http://az.trend.az/news/karabakh/1763854.html
http://az.trend.az/news/society/1767513.html
http://az.trend.az/news/society/1767208.html
http://az.trend.az/news/society/diaspora/1766801.html
http://az.trend.az/news/society/diaspora/1764515.html
http://az.trend.az/news/society/diaspora/1764255.html
http://az.trend.az/news/society/diaspora/1763034.html
http://az.trend.az/news/society/diaspora/1763005.html
http://az.trend.az/news/society/diaspora/1762913.html
http://az.trend.az/news/society/diaspora/1761223.html
http://az.trend.az/news/society/diaspora/1760042.html
http://az.trend.az/news/society/diaspora/1759567.html
http://az.trend.az/news/society/diaspora/1760841.html
http://az.trend.az/news/society/diaspora/1751056.html
http://az.trend.az/news/society/diaspora/1753599.html
http://az.trend.az/news/society/diaspora/1755854.html